Modern.az

İranda zəlzələ qurbanlarının sayı 521 nəfərə çatdı

İranda zəlzələ qurbanlarının sayı 521 nəfərə çatdı

Aktual

3 Dekabr 2017, 20:02

İranda zəlzələ qurbanlarının sayı artıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İranın qərbində baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 521 nəfərə çatıb. Həyatını itirənlərdən 460 nəfəri  İraqla sərhəddə yerləşən Sere-Pole-Zohab şəhərinin sakinləri olub.

 

Qeyd edək ki, İranın Kirmanşah əyalətində 7,2 bal gücündə güclü zəlzələ baş verib. Bundan əvvəl ölənlərin sayının 505, zərərçəkənlərin isə 12 min nəfər olduğu bildirilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?