Hazırda həbsdə olan, 15 il həbs cəzasına məhkum edilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin türmə həyatı ilə bağlı maraqlı məlumat açıqlanıb. Modern.az-ın məlumatına görə, jurnalist Məhəmmədəli Qəribli öz feysbuk səhifəsində yazır ki, cinayət aləmindən uzaq olan bir tanışı başına gələn təsadüfi hadisə səbəbindən həbsxanaya düşüb və bu yaxınlarda azad edilib.
Jurnalistin sözlərinə görə, həmin şəxsə görüşüb söhbət etdik: "Dedi ki, 13 saylı "zon"dan buraxılıb. Hazırda Qaradağ zonasında ən "populyar" dustağın Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevdir".
Jurnalist yazır ki, daha sonra sabiq bankirin necə "srok" çəkdiyi ilə maraqlanıb və cavab belə olub: "Nə qədər çarpışsa da, ona imtiyazlı şərait yaradılmadı. 100 nəfərlik barakda qalır, qara paltar geyinir və hər gün mənimlə iki dəfə "razvoda" çıxırdı, hamı ilə birlikdə tualet növbəsinə dururdu. Bəzən adama taladığı milyardlar da kömək etmir".