Modern.az

“ZİRVƏDƏKİLƏR” sənədli filminin təqdimatı keçirilib

“ZİRVƏDƏKİLƏR” sənədli filminin təqdimatı keçirilib

4 Dekabr 2017, 10:36

“Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək” İctimai Birliyi (“MİƏMD” İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ZİRVƏDƏKİLƏR” qısametrajlı sənədli filmini çəkib.

 

Zaqatala rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medala layiq görülmüş, aprel şəhidlərimiz Sərxan Bayaramovun və RəvanNurayevin əziz xatirələrini əbədiləşdirməkdir.

 

29.XI. 2017-ci ildə Zaqatala rayonunda,  Heydər Əliyev Mərkəzində  aprel şəhidlərinə həsr olunmuş “ZİRVƏDƏKİLƏR” filminin təqdimatı keçirilib.

 

Təqdimatın açılışını Zaqatala Rayon İcra Hakimiyyətibaşçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova edib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmişdir. “ZİRVƏDƏKİLƏR” qısametrajlı sənədli filminə baxış keçirilib.

 

“MİƏMD” İB-nin idarə heyətinin üzvü, fəlsəfə doktoru Rafiq Alıyev çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1994-cü il may ayının 12-dən qüvvədə olan Atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açdığını, dinc əhaliyə, yaşayış yerlərinə zərər vurduğunu qeyd edib.

 

Düşmənin növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprel ayının 2-də yenidən mövqelərimizə hücuma keçdiyini, bir neçə dinc sakini qətlə yetirdiyini bildirən natiq, Azərbaycan Ordusunun bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad etdiyini vurğulayıb.

 

Torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərimizin hər birinin xatirəsinin əbədiləşdirilməsinin mənəvi borcumuz olduğunu deyən Rafiq Alıyev sənədli filmin gənc nəslin təlim-tərbiyyəsində və vətənpərvərlik ruhunda böyüməsində böyük rol  oynayacağını deyib.

 

Milli-mənəvi dəyərlərin təbliğində göstərdiyi dəstəyə görə Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadəyə minnətdarlığını bildirib.

Sonra filmin müzakirəsi keçirilib. Çıxış edənlər filmin 2017-ci ilə kimi şəhidlər haqqında çəkilən ən yaxşı filmlərdən biri olduğunu qeyd ediblər.

 

Çıxış edən şəhid ailələrinin üzvləri filmin ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə minnətddarlıqlarını bildirmiş və hər zaman dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI