Modern.az

Rusiya silahı yenə qorxu yaratdı – Radioaktiv çirklənmə yaratmaq üçün nəzərdə tutulub  

Rusiya silahı yenə qorxu yaratdı – Radioaktiv çirklənmə yaratmaq üçün nəzərdə tutulub   

4 Dekabr 2017, 11:49

ABŞ anti-torpedo strategiyasını inkişaf etdirmək üçün trilyonlarla dollar xərcləyir, lakin Rusiya da analoji addımlar atır və bu daha təhlükəlidir.

 

Belə ki, Rusiyanın “Status-6” sualtı atom gəmisi Qərbin hərbi-siyasi mövzu ilə bağlı ixtisaslaşmış nəşrlərinin gündəmindədir.

 

Modern.az-ın məlumatına görə, Amerikanın nüfuzlu  “The National İnterest” nəşri yazıb ki, bu həm də qitələrarası ballistik raketdir.

 

BBC-nin xəbərinə görə, “Status-6” torpedosu,  geniş radioaktiv çirklənmə yaratmaq üçün nəzərdə tutulub.

 

Bu sualtı silah, düşmən sahillərində mühüm iqtisadi qurğuları məhv edə  və geniş ərazilərdə radioaktiv çirklənmə yaratmaqla ölkələrin ərazisinə ciddi ziyan vura bilər. 

 

Ekspertlər belə hesab edir ki, “Status-6” ABŞ-ın nüvə hücumundan çəkindirir.

 

Bəs “Status-6”-nın  hədəfi tam olaraq nədir?

 

Silah dəniz sahilindəki iqtisadi zonalarda təsvir edilib. Bunun radioaktiv ölü zonalar yaratmaq qabiliyyəti olduğu da ehtimal olunur. Nüvənin partlaması iqtisadi mərkəz hesab edilən  liman şəhərlərini məhv etmək üçün kifayətdir.

 

Lakin sıx və uzunmüddətli radioaktivlik dənizdə neft yataqları və balıqçılıq kimi təbii sərvətlər üçün daha dağıdıcı olacaq.

 

Nəzrin CAVİD

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU