"Böyük Britaniya və Avropa İttifaqı Krallığın qurumdan çıxması ilə əlaqədar razılığa gələ bilməyiblər". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bəyan edib.
Jan-Klod Yunker bildirib ki, son günlərdə əldə edilən əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun razılıq əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, dekabrın 4-də J-K.Yunker və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında Brüsseldə görüş keçirilib. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, danışıqlarda irəliləyiş müşahidə edilsə də, bir neçə məsələ həll olunmamış qalıb.