Modern.az

Rusiyada Azərbaycan diaspor rəhbərinin oğlu ehtiyatsızlıqdan öldü

Rusiyada Azərbaycan diaspor rəhbərinin oğlu ehtiyatsızlıqdan öldü

5 Dekabr 2017, 09:09

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

 

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

 

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?