Mixail Saakaşvili Kiyevdə yaşadığı evin damına çıxıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, siyasətçi Ukrayna Təhlükəsizlik Xidmətinin onun evində axtarış aparmasına etiraz edərək bu addımı atıb.
Xüsusi təyinatlılar onu evin damından düşürdüblər.
Axtarışların Baş Prokurorluğun açdığı cinayət işi çərçivəsində aparıldığı bildirilir.