“Ağdaşda rayon sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlunun intiharı etməsi barədə məlumatlar hər kəs kimi məni də sarsıtdı”.
Bu sözləri Modern.az-a açıqlamasında Ağdaşı parlamentdə təmsil edən deputat Cavid Osmanov bildirib.
Deputat hadisə barədə məlumat aldıqdan sonra məsələ ilə maraqlandığını deyib:
“Amma hələ ki araşdırmalar getdiyindən ətraflı məlumat açıqlanmır. Yekun nəticə yoxdur ki, səbəb nədir - ailə üzvlərinəmi əsəbiləşib, yaxud başqa bir səbəbmi var. İstənilən halda, 12 yaxşı uşağın canına qəsd etməsi ciddi məsələdir”.
C.Osmanov azyaşlının dinə bağlılığı səbəbindən intihar etməsi fikirlərinə də münasibət bildirib:
“Hadisənin dinlə əlaqləndirilməsi nə dərəcədə düzgündür, deyə bilmərəm. Amma yazdığı məktub bunu ehtimal etməyə əsas verir. Məndə olan məlumata görə, İsmayıl orta məktəbdə də çox fəal olub, dərslərini yaxşı oxuyub, çalışqan, nümunəvi şagird olub”.