«Azərbaycanda keçirilən hərbi parad ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Hər bir vətəndaşın Silahlı Qüvvələrimizlə qürur duymağa haqqı var».
Bu fikirləri Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, son illər ordumuzun maddi-texniki bazasının gücləndirlməsi istiqamətində ciddi addımlar atılıb. Onun sözlərinə görə, hərbi parad bir daha təsdiqlədi ki, Azərbaycan ordusu NATO standartlarına cavab verir.
«NATO ilə Azərbaycan arasında yaxşı əlaqələr mövcuddur. Bu gün hərbçilərimiz bu təşkilatın tədbirlərində fəal iştirak edir. Həmçinin, Azərbaycan əsgərləri dünyanın qaynar nöqtələrində də sülhün qorunmasında da öz töhfələrini verirlər. Bütün bunlar NATO-da yüksək qiymətləndirilir. Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri torpraqlarımızı hər an işğaldan azad etməyə qadirdir»- deyə nümayəndə heyətinin üzvü vurğulayıb.
Modern.az