Modern.az

Lavrov Xəzərin statusu ilə bağlı aparılan danışıqlar HAQDA...

Lavrov Xəzərin statusu ilə bağlı aparılan danışıqlar HAQDA...

5 Dekabr 2017, 12:37

Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar region ölkələrinin dövlət başçılarının növbəti sammitinədək başa çata bilər.

 

Bunu Moskvada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclası zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

Onun sözlərinə görə, iclas zamanı Xəzərin statusu ilə bağlı konvensiyanın hazırlanması üzrə ekspertlərin işinə nəzər salınacaq.

 

S.Lavrov vurğulayıb ki, tərəflər regionda təhlükəsizliyin təmin olunmasında qarşılıqlı fəaliyyətə diqqət ayıracaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?