Modern.az

Deputat AŞPA komitələrinin iclaslarında iştirak edəcək

Deputat AŞPA komitələrinin iclaslarında iştirak edəcək

5 Dekabr 2017, 13:08

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın fakt araşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir.

 

Modern.az xəbər verir ki, deputat AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.

 

Qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında qadınlar və kişilər arasında bərabərlik məsələsinə baxılacaq, işə qəbul zamanı yol verilən ayrı-seçkiliyə dair fikir mübadiləsi aparılacaq. Avropada zorakı evliliklər, əlillərin müdafiəsi, milli azlıqların və regional dillərin qorunması kimi aktual mövzular gündəmdə olacaq. Deputat müzakirələrdə yaxından iştirak edəcək.

 

S.Qafarovanın sədr olduğu AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsində isə Ukrayna müharibəsinin nəticələri, Suriya ilə qonşu olan ölkələrdə qaçqınların vəziyyəti, Aralıq dənizində axtarış və can qurtarma əməliyyatları, qaçqın və məcburi köçkünlər üçün iş imkanlarının yaradılması, miqrant uşaqların məcburi təhsilə cəlb olunması və digər mühüm məsələlər müzakirəyə çıxarılacaq. “Diaspora siyasəti üzrə parlament şəbəkəsi” mövzusuna xüsusi yer veriləcək.

 

Komitənin sədri S.Qafarova “Avropada miqrantların radikallaşması və diaspora birlikləri” mövzusu üzrə hazırladığı məruzə barədə ətraflı məlumat verəcək.

 

Səfər dekabrın 9-da başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI