Modern.az

Azərbaycan Yaponiyanın dövlət qulluğu sahəsində təcrübəsini öyrənir

Azərbaycan Yaponiyanın dövlət qulluğu sahəsində təcrübəsini öyrənir

5 Dekabr 2017, 20:02

"Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir. İkitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır. Azərbaycanla Yaponiya arasında sıx münasibətlərin mövcudluğu ölkələr arasında olan uzaq məsafənin heç bir əhəmiyyətinin olmadığının təzahürüdür". Modern.az xəbər verir ki, bunu bu gün vergilər naziri vəzifəsinə təyin olunan Mikayıl Cabbarov Yaponiyanın milli bayramı münasibətilə keçirilən tədbirdə çıxışında bildirib.

 

İmperatorun doğum günü münasibəti ilə Azərbaycan hökuməti adından Yaponiya hökumətini təbrik edən M.Cabbarov bildiribb ki, Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır. "Azərbaycanın insan kapitalı - Azərbaycanın gələcəyidir. Buna görə biz Yaponiyanın bu sahədə təcrübəsini öyrənmək üçün yeni imkanlar axtarırıq. Hazırda Azərbaycan dövlət qulluqçularının hazırlığı və təkmilləşdirilməsi məsələsində Yaponiyanın təcrübəsini öyrənir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI