Modern.az

Vüqar Səfərli: "Jurnalistlər üçün tikiləcək evin təməlqoyma mərasimi iyulun 22-də keçiriləcək"

Vüqar Səfərli: "Jurnalistlər üçün tikiləcək evin təməlqoyma mərasimi iyulun 22-də keçiriləcək"

28 İyun 2011, 16:33

Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi iyulun 22-də - Milli Mətbuat Günündə keçiriləcək.

Bu barədə APA-ya KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, binanın təməlqoyma mərasiminin may ayında keçirilməsi nəzərdə tutulsa da, bu, texniki səbəblərdən baş tutmayıb:
“Təməlqoyma mərasiminin gecikməsi Fonddan asılı məsələ deyil. Hazırda binanın smeta sənədləri son araşdırmalardan keçir. Binanın təməlini Milli Mətbuat Günü qoymaq istəyirik. Həmin gün jurnalistlər üçün bayram tədbiri də təşkil ediləcək”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal