Modern.az

Rövnəq Abdullayev müşavirə keçirib

Rövnəq Abdullayev müşavirə keçirib

Təhsil

28 İyun 2011, 17:04


ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarına səfər ediblər. ARDNŞ-dən verilən məlumata görə,  R.Abdullayev və onu müşayiət edən şəxslər

“28 May” NQÇİ-də köhnəlmiş hidrotexniki qurğuların demontaj edilməsi işləri ilə maraqlanıblar. R.Abdullayev işlərin sürətləndirilməsi məqsədi ilə müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib. ARDNŞ rəhbərliyinin nümayəndələri “Günəşli” yatağında hasil olunan lay sularının təmizlənərək utilizə edilməsi məqsədi ilə tikilən yeni qurğunun inşası ilə tanış olublar.

ARDNŞ rəhbərliyinin nümayəndələri Neft Daşlarındakı doqquzmərtəbəli yataqxana binasının əsaslı təmirdən sonra istifadəyə veriməsi mərasimində də iştirak ediblər.

Rəmzi qırmızı lenti kəsərək yataqxana sakinləri qarşısında çıxış edən R.Abdullayev 156 otaqdan ibarət 316 çarpayılıq bu yataqxananın istifadəyə verilməsi ilə Neft Daşlarındakı yataqxana korpuslarında aparılan təmir işlərinin müvəffəqiyyətlə başa çatdırıldığını söyləyib.

Burada Rövnəq Abdullayevin sədrliyi ilə istehsalat müşavirəsi keçirilib. Müşavirədə “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarının böyük potensiala malik olduğunu söyləyən ARDNŞ prezidenti işin effektiv təşkili məsələlərini xüsusi vurğulayıb.

ARDNŞ-nin Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, Kapital Qoyuluşları İdarəsinin rəisi Ağasəf Əliyev, “Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov, ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi Rauf Vəliyev, Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxtrəddin İsmayılov, “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov yeni özüllərin tikilməsi və genişləndirilməsi, hidrotexniki qurğuların yenilənməsi, dəniz akvatoriyasının təmizlənməsi və s. məsələlər üzərində ətraflı dayanaraq əldə olunan uğurlar və qarşıya çıxan çətinliklər haqda danışıblar.

Müşavirəyə yekun vuran ARDNŞ prezidenti Rövnəq Abdullayev tikintisi davam etdirilən Qaz Turbin Elektrik Stansiyasında işlərin sürətləndirilməsi, “28 May” NQÇİ üçün yeni Sıxıcı Kompressor Stansiyasının, “Neft Daşları” NQÇİ üçün isə yeni kompressor stansiyasının inşa olunması, hasilatın artırılması istiqamətində fəaliyyətin intensivləşdirilməsinə dair göstərişlər verib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular