Modern.az

İtaliya paytaxtında “Qarabağ”a dəstək

İtaliya paytaxtında “Qarabağ”a dəstək

6 Dekabr 2017, 00:46

Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununa çıxan "Qarabağ" komandasına ciddi dəstək var. Modern.az xəbər verir ki, Avropa ölkələrində yaşayan soydaşlarımız İtaliya paytaxtına gələrək komandamıza dəstək nümayiş etdirir. İtaliyada doktorluq təhsili alan Emin Rüstəmovun təşkilatçılığı ilə bir qrup soydaşımız isə stadionda Azərbaycan bayrağının görüntülərini nümayiş etdirib. Onlar stadionda, həmçinin, "Qarabağ" sözləri yazılan plakatlar sərgiləyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?