Modern.az

Çempionlar Liqasında “Qarabağ” möcüzəsi bitdi - YENİLƏNİB

Çempionlar Liqasında “Qarabağ” möcüzəsi bitdi - YENİLƏNİB

6 Dekabr 2017, 01:43

“Qarabağ” “Roma” qarşılaşması yekunlaşdı. Modern.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyun “Roma”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Qarabağ”ın Çempionlar Liqasındakı oyunları bu il üçün bitdi. Bununla yanaşı “Qarabağ” ilk dəfə mübarizə apardığı Çempionlar Liqasının qrup mərhələsində yaddaqalan oyun nümayiş etdirərək Avropanın adlı-sanlı klublarından xal ala bildi.

 

 

01:01

 

“Qarabağ” “Roma” qarşılaşmasında hesab açılıb. Modern.az xəbər verir ki,  oyunun 53-cü dəqiqəsində Dieqo Perotti "Roma"nı hesabda önə keçirib.

 

23:46

 

Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna çıxan “Qarabağ” “Roma” komandası ilə qarşılaşır. Modern.az xəbər verir ki, Bakıda keçirilən ilk oyun "Roma"nın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu oyunun nəticəsi “Qarabağ”ın qrup turnirində yerini dəyişməsə də, komandamız maraqlı oyun sərgiləməyə çalışacaq.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?