Modern.az

Aprel şəhidinin bacısı doğulub - FOTOLAR  

Aprel şəhidinin bacısı doğulub - FOTOLAR   

6 Dekabr 2017, 10:23

Aprel şəhidi Nurlan Qasımovun ailəsində xoş bir hadisə baş verib. Bir müddət öncə şəhidin bacısı dünyaya gəlib.

Bu barədə Modern.az saytına Aprel şəhidləri barədə silsilə yazılar yazan journalist Aida Eyvazlı məlumat verib.

“Dünən Şəmkir rayonunun deputatı Sona Əliyeva ilə birgə Tatarlı kəndinə, Aprel şəhidi Nurlan Qasımovun evinə getdik. Və... bir xoş hadisə ilə qarşılaşdıq. Nurlan şəhid olandan sonra, 5 ay bundan əvvəl dünyaya gələn bacısı Fidan qarşıladı bizi...
Biz doğub -törəyib qurddan dönmüşük, biz oduq-ocağıq, biz hər zaman var olacağıq. Düşmən bizim sayımızı azalda bilməz!!!”,-Aida Eyvazlı bildirib.

Nurlan Qasımov 1997-ci il mayın 6-da Şəmkir rayonunun Tatar kəndində anadan olub.

2016-cı ilin aprel ayında cəbhədəki şoddətli döyüşlərdə şəhid olub.

Nurlan Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?