Modern.az

9-cu siniflərin buraxılış imtahanlarının cavabları açıqlandı

9-cu siniflərin buraxılış imtahanlarının cavabları açıqlandı

28 İyun 2011, 17:48

Təhsil Nazirliyi orta məktəblərin 9-cu sinifləri üzrə buraxılış imtahanlarının cavablarını açıqlayıb. Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən məlumat verilib.
Şöbədən bildirlib ki, cavablar nazirliyin internet saytına yerləşdirilib.

Modern.az saytının məlumatına görə, 2-17 iyun aralığında respublikanın 60 şəhər və rayonunda ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilmişdi.

(Cavabları bilmək üçün bu linkə daxil olmaq lazımdır - //exam.edu.gov.az/)

9-cu siniflər üzrə buraxılış imtahanları ana dili və riyaziyyatdan keçirilib. 50 sualın 25 - i ana dilinə qalan 25 - i isə riyaziyyat fənninə aid idi. 

Hər bir fənn üzrə sualların 20% - dən 50% - nə qədər düz cavab verən şagird “3”, 50% - dən 80% - nə qədər düz cavab verən “4”, 80%-dən 100%-ə qədər düz cavab verən şagird isə “5” ilə qiymətləndirilib.  Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird “3”, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird “4”, ən azı 20 və daha artıq suala düz cavab verən şagird “5” qiyməti alıb.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, 9-ci sinif şagirdlərinin şəhadət­namələrinə yazılacaq ye­kun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymət­ləri əsasında hesablanacaq.

2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (11-ci və 9-cu) siniflərini 101521 şagird bitirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?