Ermənistan paytaxtındakı marketlərdən birində Azərbaycan istehsalı olan konfetlərin satışı faktı aşkarlanıb. Modern.az xəbər verir ki, bu barədə “Aravot” qəzetinin müxbiri Anjik Arutunyan yazıb.
“Evin yanındakı mağazadan konfet aldım. Dadından xoşlanmadığım və istehsal tarixinin gec olması səbəbindən istehsalçının adını axtarmağa başladım. Lupanın köməyi ilə istehsalçının Bakının B.Bünyadov 17a ünvanında yerləşən “Şirin” ASC olduğunu müəyyən etdim”.