Modern.az

Dövlət qulluqçularına xidməti vəsiqənin verilmə qaydası müəyyənləşib

Dövlət qulluqçularına xidməti vəsiqənin verilmə qaydası müəyyənləşib

6 Dekabr 2017, 13:09

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin verilməsi qaydası müəyyənləşib.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni 15-2-ci maddə (Dövlət qulluqçsunun xidməti vəsiqəsi) əlavə edilib.

Yeni 15-2.1-ci maddəyə görə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.

 15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.

15-2.3. Xidmət vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  dekabrın 7-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?