Gənclər Təşkilatları Milli Şurasının “Vətəni tanı” Ümumrespublika Kampaniyası Azərbaycanın inzibati ərazi vahidlərində seçim turlarını davam etdirir.
Bu dəfə işçi qrupu Naftalan şəhərində olub. Şəhər 1 saylı orta məktəbdə baş tutan tədbirdə 150 naftalanlı yeniyetmə iştirak edib. Onlar kampaniyaya çox böyük maraqla yanaşıblar. Yarışmadan əvvəl açılış mərasimində “Vətəni tanı” Ümumrespublika kampaniyasının məqsəd və vəzifələri barədə gənclərə məlumat verilib.
Rayon təhsil şöbəsinin əməkdaşları, icra nümayəndələri çıxışlarında bildiriblər ki, bu kampaniya çox əhəmiyyətlidir. Naftalan gəncləri bu yarışmada yüksək nəticələr göstərəcəklər.
Bundan sonra işçi qrupu Tərtər rayonunda da olub, burada kampaniyanı həyata keçiriblər.
Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.