Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürmək niyyətini müzakirə edib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hər iki lider bu addımın qəbuledilməz olduğunu və bütün müsəlman dünyasının bu qərara qarşı birləşməli olduğunu vurğulayıb.