Modern.az

İki piyadanın ölümündə şübhəli bilinən sürücü tutulub

İki piyadanın ölümündə şübhəli bilinən sürücü tutulub

6 Dekabr 2017, 18:45

 

Sumqayıtda iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, dekabrın 5-də saat 07 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində 1971-ci il təvəllüdlü Beybudov Məhəmməd Əmir oğlu idarə etdiyi “Hyunday County” markalı, 90 AD 889 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci il təvəllüdlü Nüşabə Rzayevanı vurub, nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər.

 

Fakta görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib, o cümlədən müvafiq ekspertizalar təyin edilib.

 

M.Beybudov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?