Modern.az

Putin Rusiya prezidentliyinə rəsmən namizəd oldu

Putin Rusiya prezidentliyinə rəsmən namizəd oldu

6 Dekabr 2017, 18:51

Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.

 

Modern.az-ın məlumatına görə, V.Putin bu açıqlamanı Nijni Novqorod şəhərində avtomobil zavodunun işçiləri ilə görüşü zamanı verib.

 

Daha əvvəl V.Putin seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərarını verərkən könüllülərin dəstəyini nəzərə alacağını bildirmişdi.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?