Modern.az

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb - Foto

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb - Foto

6 Dekabr 2017, 19:51

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb". Modern.az xəbər verir ki, bu barədə Azərbaycan  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Tvitter" səhifəsində yazıb.

 

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri - amerikalı Endryu Şofer, fransalı Stefan Viskonti, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

 

Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edir. 

 

H.Hacıyev bildirib ki, Azərbaycan substantiv danışıqlar vasitəsi ilə ATƏT-in Minsk qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

 

Qeyd edək ki, bu gün E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?