Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.
Toyda Sabirabad sakini Əsədov Sərxan Tahir oğlu bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1982-ci il təvəllüdlü Xudiyev Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.