Modern.az

Suriya İŞİD-dən tam azad edildi

Suriya İŞİD-dən tam azad edildi

6 Dekabr 2017, 20:56

"Suriya əraazisindəki İŞİD dəstələri məhv edilib. Artıq Suriya İŞİD terrorçularından tamamilə azad edilib". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.

 

Ordu generalının sözlərinə görə, İŞİD quldur dəstələri tamamilə məhv edilib: "Bu gün briqada generalı Suhelin və 5-ci könüllü hücum korpusunun bölmələri Deyr-əz-Zor əyalətində qalan qanunsuz silahlı dəstələri məhv ediblər.  Salihiyyə, Əl-Hreyta, Əl-Katya və Müsəllaha yaşayış məntəqələrini azad ediblər. Burada həmin dəstələr cənub istiqamətindən hücum edən hökumət qüvvələri ilə birləşiblər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?