Tanınmış şoumen, “KVN” komandasının populyar üzvü Bəhram Bağırzadənin bahram.az rəsmi internet saytı açılıb. Modern.az bildirir ki, saytdakı bölmələrdə şoumenin həyatı, yaradıcılığı barədə materiallar yerləşdirilib. Bundan başqa, burada B.Bağırzadə ilə bağlı fotoşəkillər də var.
Bəhram Arif oğlu Bağırzadə 1972 -ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M.A.Əliyev adına Azrbaycan Dövlət İncəsənət İnstitutna qəbul olunub və 1994-cü ildə həmin institutu bitirib. İxtisasca Teatr rejissorudur. 1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olub. MDB ŞHK yığmasının üzvüdür.
1992-ci ildən karikatura çəkir, karikaturaları “Kirpi” satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalareya” jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunun yarışlarında “Bakılı Oğlanlar” komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub.
2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. “Qorod” jurnalının naşiridir.
Evlidir iki övladı var.