ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp açıqlamasında Qüdsün İsrailin paytaxtı kimi tanınmağın vaxtının çatdığını bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi isə ABŞ-ın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanımasını qınayıb. Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, ölkəsi ABŞ tərəfindən Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınmasını və səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsini qınayır.
Mövlut Çavuşoğlu, həmçinin, bu addımı "məsuliyyətsiz addım" adlandırıb.
Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi prezident Donald Trampın dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcəyini bildirmişdi.