Modern.az

Azərbaycanda uçot dərəcəsinin faizi MDB-də hamıdan çoxdur  

Azərbaycanda uçot dərəcəsinin faizi MDB-də hamıdan çoxdur   

7 Dekabr 2017, 10:21

Mərkəzi Bank birrəqəmli inflyasiya hədəfləsə də, uçot dərəcəsini 15 faiz olaraq saxlamaqdadır.

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir:


“Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot dərəcəsi bizdəkindən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli inflyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək uçot dərəcəsinə üstünlük verməsinin səbəblərini izah etmək çətindir”.

İqtisadçı bildirib ki, əslində baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?