Modern.az

Xırdalanda yanğın - 9 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB

Xırdalanda yanğın - 9 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB

7 Dekabr 2017, 13:36
Fövqəladə Hallar nazirliyi Xırdalandakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Modern.az-a bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb. Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
 

***

Xırdalan şəhər Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllədə, Bakı-Sumqayıt magistralının kəsişməsində yerləşən binadakı mənzillərin birində yanğın baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

 

Fövqaladə Halalr Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, yanğın çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada qeydə alınıb. 30 nəfər bina sakinini təxliyə edilib. Hazırda yağın tam söndürülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?