İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, eləcə də səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsi qərarını pisləyir.
Modern.az xəbər verir ki, bu haqda təşkilatın bəyanatında bildirilib.
Qeyd olunur ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması təkcə müsəlman və ərəblər yox, həm də bu şəhərdə yaşayan xristianlara qarşı yönəlib.
Təşkilatdan o da qeyd olunub ki, dekabrın 13-də İƏT bu məsələ ilə bağlı fövqəladə iclas keçirəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib.