8 dekabr 2017-ci il, saat 15:00- da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının TÜRKSOY- ilə birgə layihəsi olan, “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı və uşaqların nağıllara çəkdikləri rəsmlərin sərgisi, Azərbaycan Xalça Muzeyində baş tutacaq.
Modern.az-ın məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd, Türk xalqlarının nağıllarını bir yerdə toplayıb təqdim etməklə, türk xalqlarının bədii təfəkküründən, zəngin təxəyyülündən, fəhmindən, duyumundan doğan, əsrlər yara- yara həmişə yaşarlıq hüququ qazanan kamil ağız ədəbiyyatı nümunələrini nağıllar vasitəsi yaşatmaqdır.
Qeyd edək ki, tədbirə bir sıra dövlət qurumlarının rəsmi nümayəndəliklərinin qatılacağı nəzərdə tutulub.