Modern.az

Nazirlikdə Donor Əlaqələndirmə Görüşü keçiriləcək

Nazirlikdə Donor Əlaqələndirmə Görüşü keçiriləcək

Aktual

8 Dekabr 2017, 17:12

 Kənd Təsərrüfatı Nazirliyində növbəti  Donor Əlaqələndirmə Görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəf və məqsədlərə uyğun olaraq həyata keçirilən tədbirlərə diqqət yetiriləcək, ötən müddət ərzində beynəlxalq təşkilatlarla birgə icra edilmiş və icrası davam edən layihələr çərçivəsində sözügedən tədbirlərin icrasına dəstək və növbəti əməkdaşlıq imkanları və istiqamətləri müzakirə ediləcəkdir. Müzakirələrdə xüsusilə Strateji Yol Xəritəsinin  “Maliyyəyə çıxışın asanlaşdırılması” strateji hədəfi üzrə  məqsədlərə nail olunması üçün birgə atılacaq addımlar barədə təkliflər alınacaq.

 

Sayca 5-ci olan Donor Əlaqələndirmə Görüşü Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə təşkil olunur.

 

Bu dəfəki görüşdə 20-dək beynəlxalq təşkilat və inkişaf agentliklərinin, o cümlədən Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), BMT-nin İnkişaf Proqramının, Avropa İttifaqının, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələrinin iştirakı gözlənilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi