Polşa hökuməti istefaya göndərilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Beata Şidlonun rəhbərlik etdiyi Polşa hökuməti rəsmi şəkildə istefaya gedib.
Paytaxt Varşavada prezident sarayında baş tutan mərasimdə ölkə prezidenti Anjey Duda baş nazirə yeni kabinet formalaşana qədər hökumətə rəhbərlik etməyi tapşırıb.
Qeyd edək ki, yeni kabinetə hazırki maliyyə və inkişaf naziri Mateuş Moravetski başçılıq edəcək.