Modern.az

Tovuzda orta məktəb binası yandı

Tovuzda orta məktəb binası yandı

8 Dekabr 2017, 21:51

Tovuz rayonunda orta məktəb binası yandı. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydə alınıb. Ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.

 

Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın zamanı xəsarət alan olmayıb.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi