Modern.az

\"Qarabağ”dan daha bir qələbə

\

8 Dekabr 2017, 22:21

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış bir oyun keçirilib. Modern.az xəbər verir ki, "Bayıl Arena”da debütant "Səbail” lider "Qarabağ”ı qəbul edib.

 

Oyun "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib qapısına 57-ci dəqiqədə Pedro Enrike, 69-cu dəqiqədə isə penaltidən Dani Kintana yol tapıb. Bu qələbədən sonra xalını 37-ə çatdıran "Qarabağ" zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Səbail" isə 13 xalla 6-cı pillədədir.

 

Qeyd edək Azərbaycan Premyer Liqasında növbəti - XV turun oyunları 2018-ci il 10 - 11 fevralda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi