Modern.az

ABŞ XİN başçılarının Vyana görüşünü alqışlayır

ABŞ XİN başçılarının Vyana görüşünü alqışlayır

8 Dekabr 2017, 22:39

ABŞ Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vyana görüşünü alqışlayır. Modern.az  "Report"a xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian Vyanada ATƏT-in Nazirlər Şurasının iclasında bildirib.

 

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin nizama salınması üzrə səylərini dəstəkləyir.

 

"Biz Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin dekabrın 6-da keçirilmiş görüşünü və Minsk Qrupu ölkələrinin həmsədrlərinin nümayəndə heyətlərinin başçılarının bəyanatını alqışlayırıq. Oktyabr sammitində Ermənistan və Azərbaycan prezidentlərinin təmas xəttində gərginliyin azaldılması üçün danışıqların aktivləşməsi ilə bağlı razılaşmalarından məmnunuq", - deyə Kamian əlavə edib.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi