İstanbulda planlaşdırılan terror aktının qarşısı alınıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni vaxtda İstanbulun üç rayonunda antiterror əməliyyatları keçiriblər. Nəticədə terror hazırlığında olan İŞİD qruplaşmasına məxsus dəstə zərərsizləşdirilib. Saxlanılanlan beş nəfərdən dördü əcnəbi ölkə vətəndaşı olub. Onlardan terrorçuluq məqsədilə istifadə olunan xeyli sursat aşkar edilib.
Faktla bağlı təhqiqatlar davam etdirilir.