Modern.az

Bərdə sakinini bıçaqlayıb maşınını qaçırdılar

Bərdə sakinini bıçaqlayıb maşınını qaçırdılar

8 Dekabr 2017, 23:47

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Xasay Mehman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X.Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.

 

Qeyd edək ki, hadisədən sonra onun avtomobili də qaçırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi