Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional Qrupundan verilən məlumatda bildirilib.
Rayon sakini Nərman Şahid oğlu İsayev ona məxsus “VAZ 2106” markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala rayon polis Şöbəsinə ərizə ilə müraciət edib.
Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nərman İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə elə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub.
Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.