Modern.az

Ölkədə 200 min tona yaxın pambıq yığılıb

Ölkədə 200 min tona yaxın pambıq yığılıb

9 Dekabr 2017, 12:29

Dekabrın 9-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 199 min 123 ton məhsul təhvil verilib.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə,  bu məhsulun 325 tonu ötən gün tədarük olunub.

 

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

 

Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. Məhsul istehsalı isə 110 min tondan çox artıb.

 

Pambıq tədarükündə Saatlı (25437 ton), Biləsuvar (24234 ton), Bərdə (21552 ton), Ağcabədi (19555 ton) və Sabirabad (17608 ton) rayonları irəlidədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi