Modern.az

Bakıda köməksiz qalan 4 nəfər xilas edildi

Bakıda köməksiz qalan 4 nəfər xilas edildi

Aktual

9 Dekabr 2017, 17:45

Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısının açılmasını təmin ediblər. Mənzildə halsız vəziyyətdə aşkarlanmış 1 nəfər və gərgin psixoloji vəziyyətdə olan 3 nəfər azyaşlı aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi