Bakının Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçması ilə bağlı rəsmi məlumat yayılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunublar. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, hadisə nəticəsində yaxınlıqda yaşayan 17 yaşlı Gövhər Nəcəfovanın səhhəti pisləşib. Hadisə yerinə təcili-tibbi yardım çağırılıb, ona tibbi yardım göstərilib, vəziyyəti normaldır.