Modern.az

"Azadlıq" prospektində qarşı yola çıxan 2800 sürücü cərimələndi

"Azadlıq" prospektində qarşı yola çıxan 2800 sürücü cərimələndi

Aktual

9 Dekabr 2017, 21:20

Bakıda "Azadlıq" prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində uzunluğu bir neçə kilometrə çatan böyük tıxac əmələ gəlib. Modern.az "Report"a istinadən xəbər verir ki, artıq bir aya yaxındır mütəmadi olaraq təkrarlanan hadisəyə prospektin Binəqədi kəndi istiqamətində olan hissəsində aparılan əsaslı təmir-tikinti işləri ilə yanaşı bir çox sürücünün yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn avtomobillərin hərəkətini əngəlləməsi səbəb olur.

 

Hadisə yerində xidmət aparan Yol Patrul Xidməti müfəttişinin "Report"a verdiyi məlumata görə, gün ərzində Azadlıq prospektinin Novxanı qəsəbəsi istiqamətində olan hissəsində əks yola çıxan 2800-dən çox avtomobil müşahidə kameralarına düşüb. Onun sözlərinə görə, yol hərəkəti qaydasını kobud şəkildə pozan sözügedən sürücülər barəsində 100 manat 4 bal olmaqla protokol tərtib olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi