Modern.az

Belçikada azərbaycanlının meyitini yandırmaq istəyirlər: Ailəsi çarəsiz durumda - FOTOLAR  

Belçikada azərbaycanlının meyitini yandırmaq istəyirlər: Ailəsi çarəsiz durumda - FOTOLAR   

10 Dekabr 2017, 13:17

Belçikadan sığınacaq istəyən azərbaycanlı ailə başsız qalıb.



Modern.az AzEuroNews.com-a istinadən xəbər verir ki, Belçikadakı qaçqın kampında qalan İbrahimovlar ailəsinə ağır itki üz verib. Belə ki, ailənin başçısı Elçin İbrahimov rəhmətə gedib.

 

Meyitin Azərbaycana göndərilməsi üçün pul istəyən Belçika hökumətinin bu istəyi qarşısında hazırda kampda qalan mərhumun xanımı Aytən İbrahimova və iki azyaşlı uşağı çarəsiz duruma düşüb.


Belçika hökuməti mərhum Elçin İbrahimovun meyitinin Azərbaycana göndərilməsi üçün 4 min avro pul istəyir. Məbləğin 500 avrosunu ödəməyi dövlət öz üzərinə götürüb. Tələb olunan məbləğ verilməsə meyit yandırılacaq.

 

Ailəsi isə, mərhumun Azərbaycanda dəfn olunmasını istəyir. Artıq “facebook”da ailəyə kömək üçün pul toplanılmasına başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər