Modern.az

Yollarımızın milli brendi - “Azsamand” (FOTOLAR)

Yollarımızın milli brendi - “Azsamand” (FOTOLAR)

29 İyun 2011, 15:57


“Evsen” şirkətlər qurupu 1990-cı ildən Azərbaycanda fəaliyyət göstərir. İlk vaxtlar xidmət sahəsində iş quran şirkət rəhbərliyi son dövrlər ölkəmizdə sənayenin inkişaf etdirilməsində böyük işlər görür. Şirkətin  rəhbəri türk iş adamı Əli Evsen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı  “Azərbaycan Respublikasının regionlarının sosial - iqtisadi inkişafı Dövlət Proqramı”ın  (2004-2008-ci illər) icrası ilə bağlı regionlarda fəaliyyət göstərən ilk sahibkarlardandır. Onun rəhbərlik etdiyi şirkət 2004-cü ildə  Şamaxı şəhərində Zaqafqaziyada analoqu olmayan televizor zavodunu tikib istifadəyə verdi. Bundan başqa qısa müddətdə Şamaxıda avtomobil istehsal edən zavod inşa edilmiş, məişət cihazları istahsal edən zavod ötən il cənab prezidentin xeyir - duası ilə istifadəyə verildi. Şamaxı avtomobil zavodunda  istehsal prosesləri ilə yaxından tanış olmaq məqsədilə bu günlərdə Şamaxıda olduq…

Şəhərin mərkəzində, Priqulu yolunun üstündə tikilmiş avtomobil zavodunda ilk novbədə səliqə-sahman, abadlıq göz oxşayırdı. Biz zavoda çatanda müəssisədə qızğın iş gedirdi. Müəssisədə bildirdilər ki, 2005-ci ildə  fəaliyyətə başlayan zavodda hazırda “Azsamand” avtomobilərinin iki modeli- sadə və LX hazırlanır.

Hazırda istehsal olunan modellər 100 kilometr məsafəyə  8,5-9 litr benzin işlədir. Bizdə istehsal olunan avtomobillərin İran və Fransada buraxılan anoloji avtomobilərdən  heç bir fərqi yoxdur. Müəssisədə 100-ə yaxın işçi çalışır. Onların əksəriyyəti Şamaxı sakinləridir.

Zavod yeni işə başlayanda işçilərin böyük bir qrupu  İran İslam Respublikasının “İran-Kodro “ avtomobil zavodunda təcrübə keçərək avtomobillərin montaj prosesini öyrənib, praktik işləri yerinə yetiriblər. Zavod işə başlayanda ilk əvvəl  bir neçə iranlı mütəxəssis Şamaxıya gələrək bir daha yerində işçilərimizlə bərabər çalışaraq onlara ortaya çıxa biləcək çatışmamazlıqların aradan qaldırılma yollarını , məhsulun keyfiyyətinə nəzarətin təşkilinə, texnoloji proseslərin yerinə yetirilməsinə dair göstərişlər verib, zavod daxili sənədləşdirmə işlərinə yardım göstəriblər.

Müxtəlif vaxtlarda işçilər lazım gəldikcə qrup halında təcrübələrini artırmaq məqsədilə xaricə göndərilib. Artıq bütün işlər Azərbaycanlı mütəxəsislər tərəfindən yüksək keyfiyyətlə aparılır.

Hazırda zavodda yalnız avtomobillətin montajı işlərini yerinə yetirir . İşə qəbul edilən gəncləri əvvəlcə öyrədir, onlara tapşırılan işi tam şəkildə məninsədikdən sonra  yığma xəttində işə başlamasına icazə verilir. Qətiyyətlə deyə bilərəm ki, burada çalışanların hamısı öz işlərinin öhdəsindən məharətlə gəlirlər.

Şirkət rəhbərliyinin tapşırığına əsasən, yerli kadrların inkişaf etdirilməsi üçün müəyyən tədbirlər görülwb, artıq fəhlə kimi işə başlayan işçilərin bir neçəsi nəzarət üzrə mütəxəssis, bir çoxu usta - 4-5 nəfərə rəhbər təyin edilib.

Bəzən “Azsamand” yerli istehsal olduğu üçün ona ağız büzənlər, keyfiyyətinə şübhə edənlər də tapılır. Lakin mütəxəssislərin fikrincə, Şamaxıda istehsal olunan avtomobillər xaricdəki  avtomobillərin anoloji modellərindən daha  keyfiyyətlidir.
“Azsamand” avtomobillərinin xidmət sahəsi daha geniş, qəzaya qarşı digər avtomobillərdən iki dəfə dözümlüdür. Eyni zamanda “Azsamand” bizim yol şəraitinə uyğundur . Sürəti digər avtomobillərdən geri qalmır. Mühərrikin gücü 100 at gücündədir. Salonu müasir dizayna malikdir, kondisionerlə , müasir elektronik sistemlərlə,sükan gücləndiricisi , avtomobil sahiblərinə avtomobilin vəziyyti barədə əvvəlcədən xəbərdarlıq edən səsli  kompyuterlə təchiz olunmuşdur. Məhz bu göstəricilərinə görə “Azsamand” hazırda respublikamızda istifadə olunan eyni sinifli minik avtomobillərindən üstündür.

Bu avtomobillərdə quraşdırılmış kompüterlər hər hansı bir nasazlıq zamanı səslə sürücüyə xəbərdarlıq edir. Məsələn, yağın, filtrlərin dəyişdirilmə zamanını, sürət həddini aşmanı, soyutma sistemində tempratur yüksəldiyini, qapıların tam örtülü olmadığını və bu kimi məlumatları səslə sürücüyə xəbərdarlıq edir. Yuxarıda qeyd edilən avtomobillərdə isə belə avtomat sistem yoxdur.

Zavoddan sonda onu da bildirdilər ki, Prezident İlham Əliyevin regionlarda apardığı böyük quruculuq işləri  kollektivi yeni-yeni nailiyyətlərə ruhlandırır. Bir zamanlar insanın ağlına belə gəlməyən xülyalar bu gün gerçəkliyə çevrilir. İstehsal etdiyimiz maşınlar avtomobil həvəskarları tərəfindən yüksək qiymətləndirilir və həvəslə alınır. Bu gün paytaxt küçələrində,respublikamızın magistrallarında  və eləcə də respublikamızın digər şəhərlərində tez-tez “Azsamand” avtomobillərinə rast gəlinir.  Yollarda bu avtomobilləri görəndə, bir Azərbaycanlı olaraq  qürur duyuruq.






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu