Modern.az

İlhamə Quliyevanın oğlu niyə azad olundu? - “Məsuliyyətsizlik etdim”  

İlhamə Quliyevanın oğlu niyə azad olundu? - “Məsuliyyətsizlik etdim”   

Aktual

11 Dekabr 2017, 12:08

İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb. Bu barədə Modern.az-a danışan O.Nadirov saxlanılmasını öz məsuliyyətsizliyilə izah edib:


"Bir cinayət işində şahid qismində ifadə verməli idim. Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov bu barədə mənə məlumat göndərmişdi. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı”.


Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdu. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər