Modern.az

Dillər Universitetində rektor əvəzlənir

Dillər Universitetində rektor əvəzlənir

Aktual

11 Dekabr 2017, 16:23

Dekabrın 13-də Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək.

Bu barədə Modern.az-a universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib. “Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edəcəklər.

“Bir günlük xəlifə” layihəsi saat 09:00-dan 18:00-a kimi ADU-nun hər üç tədris binasında təşkil olunacaq.

Qeyd edək ki, “ Bir günlük xəlifə” layihəsini Azərbaycan Dillər Universitetində ilk dəfədir keçirilir. 32 vəzifəyə seçilən namizədlər bir gün ərzində öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaqlar.

Əbülfəz Kərimov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər