Modern.az

Bələdiyyələrə yeni səlahiyyət verilir - Avtomobil parklanmasından pul yığacaq

Bələdiyyələrə yeni səlahiyyət verilir - Avtomobil parklanmasından pul yığacaq

Aktual

12 Dekabr 2017, 11:36

Bələdiyyə yollarında avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq.

 Modern.az-ın məlumatına görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinin 1.6-cı bəndinə əlavələr təklif edilir.

 

Belə ki, maddədə yerli büdcənin gəlirləri sırasına bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait də əlavə kimi təklif edilir.

 

Qanuna dəyişiklik Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər